Smart Building Technology

İzoplast

Yeni bir məhsul olan İZOPLAST daxili və xarici məkanlar üçün xüsusilə hazırlanmış istilik və səs izolyasiyasına malik dekorativ divar örtüyüdür. Əsasən təbii liflər, EPS (genişləndirilmiş polistirol köpük), selluloz, təbii dekorativ daşlar kimi material- lardan ibarət olan İZOPLAST tam sağlıqlıdır. Heç bir allergik xüsusiyyətə malik deyildir.

Asan vurulur ve təmir edilir. Büdcənizə qənaət edir. Sinfindəki digər divar örtükləri içərisində tərkibinə və xüsusiyyətinə görə ən mükəmməlidir.

Sağlıq: İzoplast Qoxusuz, yanmazlıq, rütubət önləmə, radiasiya əngəlləmə, istilik və səs izolyasiyası kimi əsas xüsusiyyətlərə malik olmaqla tam sağlıqlıdır. Tərkibində insan sağlığına ziyan vura biləcək heç bir maddə yoxdur.

Rütubət önləmə: İzoplast tərkibindəki dünyada qəbul olunmuş ən yaxşı izolyasiya materiallarından biri sayılan EPS sayəsində məkanınızın xarici səthlə əlaqəsini kəsərək mükəmməl rütubət önləmə xüsusiyyətinə malikdir.

Səs İzolyasiyası: İzoplast nəfəs alan məsaməli qurulusu sayəsində səsi izolə etməklə yanaşı səs dalgalarını udaraq gözəl akustika təmin edər.

İstilik saxlama: İzoplast tərkibindəki EPS sayəsində xarici mühitlə əlaqəni izolə edərək büdcənizə ciddi təsir edən enerji xərclərinizi kəskin azaltmaqla yanaşı istilik saxlama xüsusiyyətinə malikdir.

Nəfəs alma: İzoplast mükəmməl quruluşu sayəsində daxildəki rütubəti, pis qoxuları özünə çəkərək məkanınızda həmişə fərahladıcı mühit yaradar.

Yanmaya davamlı: İzoplast yanmaya dayanıqlı tərkibi sayəsində yanmadığı kimi hər hansı yanğın zamanında alovlanmaz və tüstü çıxarmaz.

Təmiri: Məhsulumuzda meydana gələ biləcək deformasiyalar, bıçaqla kəsilərək və ya nəmləndirilərək düzəldilə bilər. Məhsulumuzun təmirində, digər dekorativ məhsullarda olduğu kimi, hissələrin rənglənməsi və ya əlavə edilməsi nəticəsində yaranan rəng tonları və oynaqların görünüşü kimi problemlərə rast gəlinmir.

Yuxarı qalx